Şahdağa yarım metrdən çox qar yağıb
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
Martın 27-si saat 10:00-a olan əsasən ölkə daxilində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarında qısamüddətli yağış yağıb.
Martın 26-sı gün ərzində güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib.
Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm, Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar, Şahbuz, Astara, Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək, Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala, Şəki, Quba, Bərdə, Zərdab , İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında yağış yağıb.
Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba, Sumqayıtda duman müşahidə olunub.
Məlumatda qeyd olunub ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyə qədər isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4 dərəcəyə qədər isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq rayonlarda 5-dən yuxarı şaxta, yüksək dağlıq ərazilərdə 12 sıraya qədər şaxta olub.