XƏBƏRLƏR / Hava

Hal-hazırda ölkədə hava şəraiti necədir?

Fevralın 20-si axşama faktiki hava açıqlanıb

Hal-hazırda ölkədə hava şəraiti necədir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Hazırda Bakıda və Abşeron yarımadasında, o cümlədən Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Gəncə, Beyləqan, Tovuz, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar yağır.

    Şahbuz, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

    Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 20 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 5, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 12 dərəcəyədək şaxta qeydə alınıb.