Şahin Mustafayev Aleksey Overçukla görüşüb
Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri Şimal-Cənub dəhlizini müzakirə ediblər
Azərbaycan və Rusiya Moskvada iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Azərbbaycan və Rusiya Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşünü keçirdilər. Tərəflər ticarət-iqtisadi və investisiya əlaqələrinin, eləcə də sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına, yük daşımalarının genişləndirilməsinə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilib.
1 dəqiqədən az