XƏBƏRLƏR / Müttəfiq

Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib

Özbəkistan Prezidentini mədəniyyət naziri Adil Kərimli qarşılayıb

Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

    Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülübmüşdü.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.