XƏBƏRLƏR / İctimaiyyət

Şəhid Gülalı Dadaşovla vida mərasimi keçirilib

O, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşmüşdü

Şəhid Gülalı Dadaşovla vida mərasimi keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları ailəsinə təhvil verilib.

    Bu gün Bakıda şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilib.

      Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

      Şəhid Gülağa Dadaşovun qalıqları Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

      Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Gülalı Dadaşovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.