Şəhid İsmayıl Xəlilov Mehdiabadda dəfn edildi
O, 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də İsmayıl Anatoli oğlu Xəlilovdur.
İyunun 7-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilib.
Dəfn mərasimində qəsəbə sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədalarının və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, İsmayıl Xəlilov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.