XƏBƏRLƏR / İctimaiyyət

Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb

Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Keçmiş təhsil naziri Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.

    Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Dövlət başçısının imzaladığı sənəddə deyilir:

    "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilsin".

    Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olur.