Şərti düşmən gecə saatlarında məhv edildi VİDEO

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

    "Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.