"Şimal-Cənub" dəhlizində tranzit yükdaşımaların həcmi artıb
Məlumat Azərbaycan Dəmir Yolları” QSC-dən verilib
Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu ilə tranzit yükdaşımaların həcmi 25% artıb.
Bu ilin yanvar-iyul ayları ərzində “Şimal-Cənub” dəhlizi çərçivəsində Azərbaycan ərazisindən dəmir yolu nəqliyyatı ilə 434 min 651 ton tranzit yük daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Şimal-Cənub dəhlizi ilə tranzit yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artıb.
“Tranzit yüklər Azərbaycandan keçən Astara-Yalama və Yalama-Astara dəhlizləri ilə daşınıb”, - məlumatda qeyd olunur.