BLOQ

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) haqqında…

Aİ-Mərkəzi Asiya sammitindən sonra ŞKTC mövzusu aktual mövzuya çevrilib

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) haqqında…
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Aİ-Mərkəzi Asiya sammitindən sonra ŞKTC mövzusu aktual mövzuya çevrildi, belə ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Kipr mövzusu birbaşa qeyd olunmasa da, dövlətlərin suverenliyi və ərazi bütövlüyü mövzusu kontekstində tərəflər öz öhdəliklərinə yenidən hörmət göstərilməsinin, bütün ölkələrin bütövlüyünü beynəlxalq əhəmiyyətini vurğuladılar.

    Qeyd olunan sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Türkiyənin Kiprdəki hərəkətlərini pisləyən 541 (1983) və 550 (1984) saylı qətnamələri də var. Bu qətnamələrdə ŞKTC qeyri-qanuni bir qurum və adada yeganə qanuni dövlət olaraq Kipr Respublikası hesab edilir.

    Belə vəziyyətin ilk əlamətləri ilin əvvəlində Orta Asiya ölkələri Yunanıstanda və həmçinin Kiprdə öz səfirlərini akkreditasiya etməyə başlayanda ortaya çıxdı.

    Qeyd edək ki, bu, Aİ üçün fundamental mövzudur və Brüssel, şübhəsiz ki, Orta Asiya ölkələrində bu məqamın birgə bəyannamədə yer alması üçün xeyli iş görüb. Kipr Aİ-nin üzvüdür və AB-də qərarlar konsensusla qəbul edildiyi üçün Kiprin tələbi Aİ-nin tələbinə çevrilib.

    Belə ifadələrdən qaçmaq olardımı?

    Düşünürəm ki, olardı! Orta Asiya ölkələri, xüsusən də Türk Dövlətləri Təşkilatının üzvləri qətnamələri xatırlatmaqdan çəkinə bilərdi, ya da ŞKTC-nin TDT-nin tamhüquqlu üzvü kimi olmamasını BMT qətnamələrinə istinadlardan yan keçməklə balanslaşdıra bilərdi...

    Bununla belə, olanımız budr... Bunun üzərində işləməli və AB-nin etirazlarına baxmayaraq, TDT strukturları səviyyəsində ŞKTR-in iştirakını artırmalıyıq. Bu işlə Türkiyə və Azərbaycan məşğul olacaq.

    Aİ Türkiyə və Azərbaycana deyil, birgə bəyannaməni imzaladıqları Mərkəzi Asiya ölkələrinə şikayət edəcək. O zaman TDT üzvü olan Mərkəzi Asiya ölkələri Avropa rəsmilərini sonsuz diplomatik müzakirələr dairəsi ilə yola verəcək. Biz yox, birgə bəyannaməni imzalayanlar yaxalarını qurtarmalı olacaqlar. Avropalı məmurlar buna adətkardılar... müzakirələrdə hərlənib-fırlananda belə başları gicəllənmir... və bu da işə yarayır... Bakı bu məsələdə öz təcrübəsini Mərkəzi Asiyadan olan həmkarları ilə bölüşə bilər...

    Türkiyə və Azərbaycan ŞKTC təmsilçilərinin TDT-də iştirakından imtina etməyəcək və nə olursa olsun ŞKTC-yə dəstək verəcəklər! Məhz Kiprin yunan hissəsi referendumda birləşmədən imtina etdi, Türkiyə hissəsi isə razılaşdı. Deməli, bu, Yunan Kiprinin şimal hissəsindən könüllü imtina etməsi ilə bağlı qərar idi. Aİ isə ən alçaq şəkildə Kiprin cənub hissəsini vahid ada daxilində Aİ-yə qəbul etdi... Bu da xristian klubunun müsəlmanlara qarşı növbəti hiyləsi idi!

    TDT-yə təsirlə bağlı hansı nəticələr var?

    Bəli, TDT üçün narahatlıq və problemdir. İstənilən inteqrasiya prosesi belə hadisələrdən sığortalanmayıb. Məhz belə hadisələr bizə inteqrasiya layihələrini nəzərdən keçirməyə, boşluqları müəyyən etməyə və bu boşluqların aradan qaldırılması üçün tədbirlər görməyə, koordinasiya səviyyəsini yüksəltməyə imkan verir. Və burada Azərbaycan vəziyyətin sabitləşdirilməsində rol oynaya bilər və oynamalıdır, çünki Azərbaycan Türkiyəyə ən yaxın, müttəfiq ölkədir və TDT-nin üzvü olan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik əlaqələri və strateji tərəfdaşlıq səviyyəsindədir. Və sədrliyin keçidi ilə TDT-nin növbəti sammiti Azərbaycanda planlaşdırılır!

    Yeri gəlmişkən, bu hadisə bir çox qonşu bölgələrdən olan ekspertlərin dediyi kimi Türkiyənin TDT-nin “patronu” olmadığını nümayiş etdirdi. Mən bu ekspertlərin sifətlərini və bu hadisəni izah etmək cəhdlərini görmək istərdim.

    TDT müstəqil dövlətlərin inteqrasiya layihəsidir, burada “patron”, “sponsor”, “böyük qardaş”-zad yoxdur... Düşünürəm ki, baş verən xoşagəlməz hadisə çoxları üçün bunun göstəricisi olacaq...

    Əslində, “yerdə”, yəni ŞKTC-nin özündə və adadakı vəziyyətdə heç nə dəyişməyəcək! ŞKTC mövcud olacaq və Türkiyə tərəfindən qorunacaq! Və bundan narahat olan hər kəs bu reallıqla barışmalı olacaq. TDT-nın ŞKTC-yə tamhüquqlu üzvlüyü məsələsi gündəmdə qalacaq, lakin beynəlxalq sistemin yeni şəkildə yenidən qurulacağı zamana qədər təxirə salınacaq... və o zaman gələcək!