XƏBƏRLƏR / Hava

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.