XƏBƏRLƏR / Qayıdış

“Şuşa Kart” istifadəyə verildi FOTO

Şuşa Şəhər Dövlət Qoruq İdarəsi xəbər verir

“Şuşa Kart” istifadəyə verildi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şuşa Şəhər Dövlət Qoruq İdarəsi Şuşada ictimai nəqliyyatda rahat və təhlükəsiz səyahət imkanı yaratmaq məqsədilə yeni “Şuşa Kart”ı istifadəyə verib. 


    “Şuşa Kart” Şuşa şəhərində bütün ictimai nəqliyyat vasitələrində - avtobuslar və digər ictimai nəqliyyat növlərində istifadə oluna bilən bir nəqliyyat kartıdır. Sakinlər kartı şəhərin iki əsas giriş nöqtəsində (Yeni yaşayış kompleksi və Xanlıq Muxtar Karvansarasında (“Güllü bağça” ilə üzbəüz)) quraşdırılmış ödəniş terminalları vasitəsilə sərnişinlər kartlarını asanlıqla əldə edə, yükləyə və istifadəyə verə biləcəklər.

    Kartın üstünlükləri:
    • Rahat və sürətli ödəniş sistemi: Sərnişinlər kart vasitəsilə ödəniş edərək, avtobus və ictimai nəqliyyat vasitələrində sürətli səyahət edə biləcəklər.
    • Dostlar və ailə ilə paylaşma imkanı: “Şuşa Kart” müxtəlif növ nəqliyyat vasitələrində bir neçə şəxs üçün ödəniş etmək imkanı təqdim edir.
    • Ekoloji dost yanaşma: Kart kağız bilet istifadəsini minimuma endirərək, ekoloji təsiri azaldır və şəhərdə təmiz mühitin qorunmasına kömək edir.

    Qeyd edək ki, növbəti aylarda əhali və turistlər kartın digər imkanlarından da yararlana biləcəklər.