Şuşa-Laçın yolunda vəhşi atlar VİDEO

Vəhşi atların yürüşü “Yeddi dolama” adlanan hissədə qeydə alınıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Şuşa-Laçın avtomobil yolunda nadir hallarda rast gəlinən anlar qeydə alınıb. Dağlıq ərazidə aşırımlardan keçən yolda vəhşi atlar görünüb.

    Qızılı rəng çalarları olan 30-dan çox vəhşi atın yürüşü ötən gün saat 21 radələrində Şuşa-Laçın avtomobil yolunun “Yeddi dolama” adlanan hissəsində qeydə alınıb. Görüntülər havanın dumanlı olması səbəbindən atlar meşəlikdən çıxaraq yolla irəliləyən zaman çəkilib.