XƏBƏRLƏR / Qayıdış

Şuşa şəhərində “Son zəng” keçirilib FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi xəbər verir

Şuşa şəhərində “Son zəng” keçirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13 iyunda Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak edib.

    Tədbirdə çıxış edənlər məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar.

    “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.