XƏBƏRLƏR / Qayıdış

Xankəndidə tapılan silahların ardı-arası kəsilmir

DİN mətbuat xidməti xəbər verir

Xankəndidə tapılan silahların ardı-arası kəsilmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

    DİN-dən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.