Çindən Bakıya Orta Dəhlizlə hər gün blok qatarı göndərilir
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər verir
Bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) xəbər verir.
Məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.
Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində aparılan davamlı və səmərəli fəaliyyət nəticəsində iyulun 1-dən bu daşımalar gündəlik həyata keçirilir.