XƏBƏRLƏR / İctimaiyyət

Silvio Berluskoni vəfat edib

O, İtaliyanın keçmiş baş naziri idi

Silvio Berluskoni vəfat edib
Silvio Berluskoni
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu barədə “Corriere della sera” qəzeti məlumat yayıb. İtaliyanın keçmiş baş nazirinin 86 yaşı var idi.

    Silvio Berluskoni Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib. "Forza Italia"nın lideri və "Mediaset"in yaradıcısının 86 yaşı var idi. Berluskoni sətəlcəm və leykemiya səbəbi ilə bir neçə həftə əvvəl başa çatan uzun müalicə - 45 gün xəstəxanada qaldıqdan sonra ötən cümə günü San Raffaeleyə qayıtmışdı.