XƏBƏRLƏR / İctimaiyyət

Məktəbdə valideynlər arasında dava olub

Polis araşdırma aparır

Məktəbdə valideynlər arasında dava olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yasamal rayonunda valideynlər arasında dava baş verib.

    Görüntülər sosial şəbəkədə yayılıb.

    Hadisə yerləşən 158 saylı orta məktəbin həyətində baş verib. Davanın səbəbi məlum deyil.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti baş verən insidentə münasibət bildirib. Qurumun əməkdaşı Lumu İsrəfilli qeyd edib ki, 18 dekabr 2024-cü il tarixində mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər.

    "Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcəkdir", - açıqlamada bildirilir.