XƏBƏRLƏR / Parlament

Simonyan Sahibə Qafarovanı Ermənistana dəvət edib

Özü isə Bakıya getməyə hazır olduğunu deyib

Simonyan Sahibə Qafarovanı Ermənistana dəvət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Uyğun səbəb və rəsmi dəvət olacağı təqdirdə, Azərbaycana səfər etməyə hazıram.

    Ermənistan mediası xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, belə bir dəvət olarsa, Bakıya getməkdən çəkinməyəcək.

    Simonyan, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət edib.