XƏBƏRLƏR / Həyat Tərzi

Siqareti tərgitmək istəyən 1 milyon insana pulsuz dərman

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb

Siqareti tərgitmək istəyən 1 milyon insana pulsuz dərman
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc olunan qərara görə, siqareti tərgitmə müalicəsi alan 1 milyon insana, sosial təminat sığortası olub-olmamasından asılı olmayaraq, pulsuz dərman və nikotin əvəzedici terapiya təklif olunacaq.

    Bu barədə "TRT Haber" məlumat yayıb.