XƏBƏRLƏR / Yaddaş

Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür

AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC İA-nın əməkdaşı Məhərrəm İbrahimovun həlak olmasından 4 il ötür

Sirac Abışov və Məhərrəm İbrahimovun anım günüdür
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunun Susuzluq kəndində tank əleyhinə mina partlayan azərbaycanlı jurnalistlər Sirac Abışov (AzTV kanalının operatoru) və Məhərrəm İbrahimovun (AZƏRTAC informasiya agentliyinin əməkdaşı) həlak olmasından 4 il ötür.

    Allah rəhmət eləsin!

    2021-ci il iyunun 4-də saat 11:00 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirmək üçün ezam olunmuş KİV əməkdaşlarının da olduğu “KAMAZ” markalı minik avtomobili Susuzluq kəndi istiqamətində tank əleyhinə mina ilə partladılıb. Hadisə nəticəsində iki jurnalist və bir dövlət qulluqçusu həlak olub, daha dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.