XƏBƏRLƏR

Şirvanda 12 yaşlı uşaq qızılcadan ölüb

TƏBİB-in məlumatı

Şirvanda 12 yaşlı uşaq qızılcadan ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsinə aydınlıq gətirib.

    TƏBİB-dən bildirlib ki, 2011-ci il təvəllüdlü vətəndaş (kişi cinsli) ağır vəziyyətdə dekabrın 13-də saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub.

    Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində ölüm qeydə alınıb.

    Qeyd edək ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

    12 yaşlı Ömər evdə müalicə olunub, daha sonra uşağın vəziyyəti ağırlaşıb. O, dekabrın 13-də saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

    Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmoniya, infeksion toksiki şok halı yaranıb. Bütün yardımlara baxmayaraq, azyaşlı xəstəxanada keçinib.