Xankəndidə qaz təchizatı infrastrukturu bərpa edilir VİDEO
“Azəriqaz” İstehsalat Birliyi xəbər verir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndidə qaz təchizatı infrastrukturunu bərpa edir.
Qarabağ Regional Qaz İstismar İdarəsinin Xankəndi üzrə rəis müavini Vasif Məsimovun sözlərinə görə, artıq ümumilikdə 41 min metr yeraltı qaz xətləri çəkilib.
“Quruculuq və abadlıq işləri ilə əlaqədar olaraq qaz veriləcək binaların təbii qazla təchiz edilməsi üçün və qaz kəmərlərinin kipliyə sınaq işləri davam etdirilir”.
O qeyd edib ki, antiterror əməliyyatları zamanı zədələnmiş qaz kəmərlərinin zədələnmiş hissələri gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qaynaq vasitəsilə bağlanıb.