BLOQ

Siyasətə baxışım II

Yenə Türkiyədəki seçkilərdən yazıram

Siyasətə baxışım II
K.Kılıçdaroğlu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Siyasətə vətəndaşın baxışı ayrıdır, dövlətin baxışı ayrı.

    Yəni emosiyanın baxışı ayrıdır, ağılın, zəkanın baxışı ayrı.

    Kılıçdaroğlu namizəd olan gündən Ərdoğanın qalib olacağı aydın məsələ idi.

    Ərdoğan dərinlərin qərarıdır.

    Türkiyənin, eləcə də demokratiyanın mövcud olduğu ölkələrin gözəlliyi də ondan ibarətdir ki, dərinlər öz qərarlarını vətəndaşın əli ilə həyata keçirə bilirlər.

    Kılıçdaroğlu Türkiyə siyasətində məğlub olmaq üçün var. Məğlub olmaq, rəqibini qalib etmək, ölkəni xarici təsirlərdən yayındırmaq, idarəolunmaz siyasi vəziyyətlərin yaranmasının qarşısını almaq, Türkiyəni idarə edən ölkədən idarə olunan ölkəyə çevrilməsinə imkan verməmək Kılıçdaroğlunun vəzifəsidir.

    Mənim Kılıçdaroğluna səmimi qəlbdən inanan sadə insanlara yazığım gəlir.