XƏBƏRLƏR / Hərbi

Slovakiya ilə Azərbaycan arasında müdafiə sahəsində müqavilə

Bu barədə Slovakiyanın “Pravda” qəzeti məlumat yayıb YENİLƏNİB

Slovakiya ilə Azərbaycan arasında müdafiə sahəsində müqavilə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:11

    Azərbaycan Slovakiyadan 210 milyon avroya SAM-120 avtomatik minaatanları alır. İlk çatdırılma mərhələsi — 96 minaatandan ibarət partiya — razılaşdırılsa da, bütün müqavilə təxminən 300 minaatanı əhatə edir.

    Azərbaycan həmçinin Çexiya və Slovakiyanın birgə istehsalı olan özüyeriyən haubitsalar alır. Azərbaycan mediası bu avadanlığın ilk çatdırılmaları barədə 2024-cü ilin sentyabr ayında məlumat vermişdi.

    ***

    16:21

    Azərbaycan və Slovakiya Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya Müdafiə Sərgisi çərçivəsində müqavilə imzalayıb.


    Bu barədə Slovakiyanın “Pravda” qəzeti məlumat yayıb.


    Məlumata görə, tərəflər Slovakiyanın “ZŤS Spéciál” silah fabriki tərəfindən istehsal edilən SAM-120 avtomatik minaatanlarının alınması üçün çərçivə müqaviləsi bağlayıblar.
    Slovakiyanın müdafiə naziri Robert bildirib ki, hazırda müqavilənin ilk mərhələsi üzrə 96 ədəd minaatanın tədarükü ilə bağlı danışıqlar aparılıb.


    Nazirin sözlərinə görə, bu çərçivə müqaviləsi Slovakiya ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməli olduğu iki əsas istiqaməti əks etdirir.


    O əlavə edib ki, bu layihə Slovakiya üçün yeni bir istiqamətdir və ona etimad göstərilməsindən məmnundur.


    “Digər ölkələr də bu məsələ ilə maraqlanırlar”, –nazir vurğulayıb.


    Müqavilə Slovakiya tərəfdən “ZŤS Spéciál” şirkətinin direktoru Miroslav Sim tərəfindən imzalanıb.