SOCAR Hindistan şirkətləri ilə əməkdaşlığı davam etdirəcək
SOCAR prezidenti Rövşən Nəcəf Hindistanın neft və təbii qaz, mənzil və şəhərsalma naziri Hardip Sinqx Puri ilə görüşüb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hindistan şirkətləri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində SOCAR prezidenti Hindistanın neft və təbii qaz, mənzil və şəhərsalma naziri Hardip Sinqx Puri ilə görüşüb.
“Görüş zamanı biz iki ölkənin şirkətləri arasında davam edən əməkdaşlığı müzakirə etdik”, - deyə R.Nəcəf yazıb.