SOCAR Kuleviyə qazax və türkmən neftini daşıyacaq
Gürcüstan neft emalı zavodu Aİ-nın sanksiyalarına görə Rusiya neftindən imtina edib
SOCAR Qazaxıstan və Türkmənistandan Kulevi neft emalı zavoduna neftin çatdırılmasına kömək edəcək.
Əvvəllər Gürcüstan neft emalı zavodu əsasən Rusiya xam neftindən istifadə edirdi, lakin yeni Aİ sanksiyaları səbəbindən ondan imtina etmək qərarına gəlmişdi.
Buna görə də, Avropa bazarının tələblərinə cavab vermək üçün neft emalı zavodu Qazaxıstan və Türkmənistandan neftə keçir. Lakin Azərbaycan yalnız logistika operatoru kimi fəaliyyət göstərir və öz xam neftini tədarük etməyi planlaşdırmır.
1 dəqiqədən az