XƏBƏRLƏR / Neft və Qaz

SOCAR Türkiyədəki biznesinin bir hissəsini satır

Bu barədə "Bloomberg"ə SOCAR-dakı mənbə məlumat verib

SOCAR Türkiyədəki biznesinin bir hissəsini satır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyədə qazpaylayıcı şəbəkə ilə bağlı biznesinin bir hissəsinin satışı üzrə danışıqlar aparır. Bu barədə "Bloomberg"ə SOCAR-dakı mənbə məlumat verib.

    SOCAR-ın törəmə müəssisələrindən biri olan "SOCAR Turkey Doğalgaz Yatırım A.Ş." Türkiyənin Bursa və Kayseri vilayətlərində fəaliyyət göstərən yerli qazpaylayıcı şəbəkə operatorları "Bursagaz" və "Kayserigaz" şirkətlərinin sahibidir. Bu şirkətlər ümumilikdə 1,9 milyon abunəçiyə xidmət göstərir. Ötən il “Bursagaz” və “Kayseriqaz” abonentlərə 1,7 milyard kubmetr qaz satıb. SOCAR bu şirkətlərin səhmlərini 2019-cu ildə Almaniyanın "EWE AG" şirkətindən alıb, əməliyyatın məbləği açıqlanmayıb.

    Mənbə bildirib ki, "SOCAR Turkey Doğalgaz Yatırım A.Ş."-nin səhmlərinin satışı ilə bağlı danışıqlar bu yaxınlarda başlayıb, lakin əməliyyatın təfərrüatları açıqlanmayıb. Vəziyyətlə tanış olanlar deyirlər ki, alıcı tapılarsa, satış SOCAR-a bir neçə yüz milyon dollar qazandıra bilər.