XƏBƏRLƏR / İctimaiyyət

Son altı ayda doğulanların sayı məlum olub

Bu Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əksini tapıb

Son altı ayda doğulanların sayı məlum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45616 doğulan körpə qeydə alınıb.

    Bu Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əksini tapıb.

    "Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9,0-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub", - məlumatda qeyd olunub