XƏBƏRLƏR / Qayıdış

Son ay aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb

Son ay aşkarlanan minaların sayı açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə may ayının məlumatını açıqlayıb.

    ANAMA xəbər verir ki, ötən ay işğaldan azad olunan ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

    Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.