XƏBƏRLƏR / Qayıdış

Ağdərənin Həsənriz kəndinin sakinlərinə açar təqdim olunub

Bununla da Həsənriz kəndinə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb

Ağdərənin Həsənriz kəndinin sakinlərinə açar təqdim olunub
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:13

    Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

    Kəndə bu gün köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

    Bununla da Həsənriz kəndinə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb.

    ***

    13:30

    Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

    Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

    Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

    ***

    11:17

    Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

    Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

    Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) - 204 nəfər (52 ailə)
    Ballıca (Xocalı rayonu) - 552 nəfər (110 ailə)
    Cəbrayıl - 2303 nəfər (512 ailə)
    Ağdərə (Həsənriz kəndi) - 166 nəfər (50 ailə)

    Cəmi: 11 846 nəfər.