"Ermənilər Kirantsda (Güney) qeyri-qanuni yaşayıblar"
Bunu Ermənistan Ədliyyə Nazirliyi etiraf edib
Rəsmi İrəvan rəsmən təsdiqləyib: ermənilər Kirants kəndində qeyri-qanuni yaşayırdılar.
Ermənistanın Ədliyyə Nazirliyi bəyan edib ki, daşınmaz əmlaka dair kadastr şəhadətnaməsi əvvəllər səhvən Tavuş (Tovuzqala) Kirants (Güney) kəndinin sakinlərinə verilib.
Qeyd edilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı düzgün olmayan məlumatlar əsasında aparılmışdır. Bu qeydiyyatlar bu ərazilərin Ermənistanın suveren ərazisinin bir hissəsi olması iddialarına hüquqi əsas verə bilməz.
Beləliklə, sərhəd dirəkləri ermənilərin saxta sənədlərinə son qoyur və Bakının diktəsi ilə ədalət addım-addım bərpa olunur.