XƏBƏRLƏR / Qayıdış

Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları verilib

Daha 63 nəfərin yurd həsrəti bitib

Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları verilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Noyabrın 29-da növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Laçın şəhəri bu gün 17 ailəyə qucaq açıb və daha 63 nəfərin yurd həsrəti bitib.

    Laçına köçən ailələr Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrindən ibarət olub.

    Evlərin açarlarının təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Qalib Abasov, “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev və “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament direktoru Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak ediblər.

    Qeyd edək ki, Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.