XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanl Xocavənd şəhərinə çatıb

YENİLƏNİB

Növbəti köç karvanl Xocavənd şəhərinə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:21

    Xocavəndə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.

    ANAMA əməkdaşları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verib.

    Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Daha sonra sakinlərə mənzilıərin açarları təqdim olunub.

    ***

    12:11

    Növbəti köç karvanl Xocavənd şəhərinə çatıb.

    Bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) köçürülüb.

    ***

    11:39

    Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

    Şəhərə 41 ailə (163 nəfər) köçürülür.

    Bu gün doğma yurduna dönən xocavəndlilər respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1110 nəfər (283 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 569 nəfər (143 ailə)
    Aşağı Oratağ - 462 nəfər (100 ailə)
    Çapar - 141 nəfər (39 ailə)
    Heyvalı - 205 nəfər (46 ailə)
    Çıldıran - 165 nəfər (41 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)
    Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)

    Xocalı rayonu
    Xocalı - 631 nəfər (141 ailə)
    Ballıca - 1063 nəfər (238 ailə)
    Təzəbinə - 721 nəfər (159 ailə)
    Xanyurdu - 488 nəfər (134 ailə)
    Şuşakənd - 423 nəfər (111 ailə)
    Badara - 363 nəfər (101 ailə)
    Seyidbəyli - 254 nəfər (70 ailə)
    Daşbulaq - 126 nəfər (31 ailə)
    Xanabad - 84 nəfər (21 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1222 nəfər (300 ailə)
    Şükürbəyli - 1649 nəfər (379 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1649 nəfər (388 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 1136 nəfər (479 ailə)
    Hadrut - 261 nəfər (64 ailə)
    Qırmızı Bazar - 889 nəfər (209 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 174 nəfər (38 ailə)
    Xocavənd - 185 nəfər (69 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 230 nəfər (54 ailə)
    Kərkicahan - 174 nəfər (43 ailə)


    Cəmi: 35 279 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.