Sonuncu mogikan: Vaqif Səmədoğlu

Veriliş ANS TV-də yayımlanıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Şair Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur.

    Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.

    Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.

    Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.

    2015-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.