“Sputnik Azərbaycan”ın rəhbərləri həbsdə qaldı
Məhkəmə təşkilatın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb

Bu gün Bakı məhkəməsi "Sputnik"in jurnalistləri İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlanılıb.