MÜSAHİBƏ

Sülhə mane olan problem Avropa Parlamentidir

Prezidentin köməkçisi Hikmət Hacıyev "Euronews"a müsahibə verib Ermənistanla sülh haqqında Avropa Parlamentinin regionda sülh quruculuğuna mane olmaq cəhdləri haqqında

Sülhə mane olan problem Avropa Parlamentidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Euronews üçün verdiyi müsahibədən:

    Ermənistanla sülh haqqında

    Bəlkə də Ermənistan hökuməti və rəhbərliyi xalqını sülhə hazırlamaq üçün çalışmalıdır.

    Biz müharibədə qalib gəldik, amma sülhdə də qalib gəlirik və bu, çətin bir mübarizədir.

    Qarabağın və Şərqi Zəngəzurun işğalı illərində məscidlərimiz və İslam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə dağıdılıb - hətta məscidlərdə donuzlar saxlanılıb. Biz bunu qisas almaq üçün bir səbəb kimi qəbul etmirik, amma bu, bizim tariximiz və irsimizdir və biz bunu unuda bilmərik.

    Hazırda (Azərbaycanda - ANS Press) üç din - İslam, Xristianlıq və Yəhudilik, məscidlər, kilsələr və sinaqoqlar - yan-yana mövcuddur.

    Azərbaycan mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın suveren ərazisində xristian irsini qorumaq niyyətindədir vəssalam, çünki bu, bizim mədəni irsimizdir.

    Mən çox qürur duyuram ki, ölkəm Zərdüştlüyün yayıldığı ilk məkanlardan biri olub. Bura həmçinin IV əsrdən başlayaraq xristianlığın yayıldığı ilk yerlərdən biri idi: Xristianlıq (Qafqaz - ANS Press) Albaniya Krallığı tərəfindən rəsmi din kimi qəbul edilmişdir. Azərbaycan İslamı da qəbul edən ilk ölkələrdən biri olmuşdur.

    Avropa Parlamentinin regionda sülh quruculuğuna mane olmaq cəhdləri haqqında

    Bu cür qurumlardan biri də həllin deyil, problemin bir hissəsi olan Avropa Parlamentidir.

    Avropa Parlamenti regionumuzun sülh gündəliyini alçaldan və sarsıdan qətnamələr və qərarlar qəbul edir.

    Biz regional sülhün qurulması prosesindəyik, lakin Avropa Parlamenti tamamilə fərqli bir gündəliyi təşviq edir.