Sülhməramlılarıın iki avtomobil Laçına getdi
Aksiya iştirakçıları avtomobillərin Xankəndidən Laçın istiqamətində hərəkətinə şərait yaradıblar
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
Aksiya iştirakçıları sülhməramlıların iki yük avtomobilinin Xankəndidən Laçın istiqamətində hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.