Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən keçdi
Ərazi humanitar məqsədli daşımalar üçün açıqdır
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 135 gündür davam edir. Ərazi humanitar məqsədli daşımalar üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.
Saat 12 radələrində Rusiya sülhməramlılarına məxsus 3 minik, 42 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.