XƏBƏRLƏR / Hərbi

Sülhməramlıların Qarabağdan tam çıxacağı tarix bəllidir

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə "Reuters" agentliyinə məlumat verib

Sülhməramlıların Qarabağdan tam çıxacağı tarix bəllidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın sülhməramlı kontingentinin demək olar ki, hamısı artıq Qarabağı tərk edib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə "Reuters" agentliyinə məlumat verib.

    Məlumata görə, yerdə qalanlar sülhməramlılar mayın sonuna kimi yola düşməlidir.

    Bildirilir ki, rusların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyor (BTR82A) və 380 texnika artıq Azərbaycan ərazisini tərk edib.

    Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.