XƏBƏRLƏR / Hərbi

Sülhməramlıların yerləşdiyi ərazilərə nəzarəti gücləndirilir

Müdafiə naziri Zakir Həsənov müvafiq tapşırıqlar verib

Sülhməramlıların yerləşdiyi ərazilərə nəzarəti gücləndirilir
Zakir Həsənov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

    Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

    Nazir döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulayıb. Z.Həsənov tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.