XƏBƏRLƏR / Kriminal

Sumqayıtda evə silahlı basqın edən şəxs saxlanıldı

Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir

Sumqayıtda evə silahlı basqın edən şəxs saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

    Corat bağları yaşayış massivində cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

    Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.