XƏBƏRLƏR / Kriminal

Şair Rəşad Dağlıya 9 ildən 14 ilə qədər iş verilə bilər

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub

Şair Rəşad Dağlıya 9 ildən 14 ilə qədər iş verilə bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

    Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

    Şair-Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

    Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.