XƏBƏRLƏR / İqtisadiyyat

Sumqayıtda İVECO yük avtomobilləri istehsal ediləcək

Məhsullar Rusiya, Gürcüstan, İran və Türkmənistana ixrac ediləcək

Sumqayıtda İVECO yük avtomobilləri istehsal ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabr ayında Sumqayıtda İVECO yük avtomobillərinin istehsalı üzrə yeni zavod fəaliyyətə başlayacaq.

    Müəssisəyə 19,2 milyon manat investisiya qoyulub.

    Zavod ildə 100 kiçik, orta və iritutumlu yük maşını istehsal edəcək. Məhsullar Rusiya, Gürcüstan, İran və Türkmənistana ixrac ediləcək.

    Müəssisə 90 nəfəri daimi işlə təmin edəcək.

    Iveco (İndustrial Vehicles Corporation - Sənaye Nəqliyat vasitələri Korporasiyası ) İtaliya avtomobil şirkəti, yük maşınları, avtobuslar və xüsusi avadanlıq istehsalçısıdır. Mənzil qərargahıTurində yerləşir.

    Şirkət 1975-ci ildə FIAT avtomobil istehsalçısının bölməsi kimi yaradılıb, 2013-cü ildən CNH Industrial qrupunun bir hissəsidir və 2022-ci ildə Hollandiyada qeydiyyatdan keçmiş müstəqil Iveco Group N.V. şirkəti olub.