XƏBƏRLƏR / Münaqişə

Suriya rəhbərliyi qoşunları kazarmalara qaytarıb

Bu addımı Suriya rəhbərliyi ABŞ və ərəb ölkələrinin vasitəçiliyinə cavab olaraq atıb

Suriya rəhbərliyi qoşunları kazarmalara qaytarıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ və ərəb ölkələrinin vasitəçiliyinə cavab olaraq Suriya rəhbərliyi qoşunları kazarmalara çəkmək qərarına gəlib.

    Qoşunların mövqelərdən və kazarmalara çıxarılması Suveyda əyalətində gərginliyin azaldılması səylərinə şərait yaratmaq üçün həyata keçirilib.

    Ərəb-Amerika vasitəçiliyi bütün qeyri-qanuni qüvvələrin qisas almamaq və mülki insanlara qarşı zorakılıq tətbiq etməmək öhdəliyini nəzərdə tutur.

    İsrailin Suriyanın daxili işlərinə aşkar müdaxiləsi daha böyük xaosa gətirib çıxarır və regional vəziyyəti çətinləşdirir.

    ABŞ Dövlət Departamentinin sözçüsü Temmy Bryus ABŞ-ın İsrailin Suriyaya son zərbələrini dəstəkləmədiyini bildirib. O qeyd edib ki, Vaşinqton vəziyyətin gərginləşməsindən sonra öz narazılığını açıqlayıb və gərginliyi azaltmaq üçün sürətlə hərəkət edib.