XƏBƏRLƏR / Münaqişə

Suriya Türkiyəyə raket atdı FOTO

Türkiyə KİV-nin məlumatına görə, 3 nəfər həlak olub

Suriya Türkiyəyə raket atdı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb. Hadisə nəticəsində azı üç nəfər həlak olub.

    Qeyd edək ki, terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Türkiyənin Qaziantep əyalətinə atılan raketlərdən 4-ü rayon mərkəzindəki orta məktəb və iki evə düşüb. Bu barədə daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib: “Ölənlərin biri müəllim, digəri isə şagirddir. Daha 10 nəfər xəsarət alıb”. Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.