Şuşa və Ağdamda məktəblərin tikintisi gələn il başa çatacaq
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib
Şuşa, Ağdam və Füzulidə məktəblərin tikintisi 2023-cü ilin sentyabrında başa çatacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, Suqovuşanda məktəb binası artıq hazırdır, Ağalıda isə bu ildən başlayaraq tədris həyata keçirilir: "Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb".