Şuşaya uçan son Azərbaycan vertolyotu VİDEO
Bu gün bu faciəvi hadisədən 32 il keçir
28 yanvar 1992-ci ildə Azərbaycan Ordusu 2 gün əvvəl (26 yanvar 1992-ci il) uğursuzluqla nəticələnən Daşaltı əməliyyatına cavab olaraq artilleriya hücumu hazırlayır; bu həm Daşaltıda mühasirədə qalan Azərbaycan döyüşçülərinin azad edilməsi və həm də təbii ki, ərazinin geri qaytarılması üçün idi. Lakin hücuma az qalmış, yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyotun Ermənistan silahlı qüvvələri tərəfindən vurulmasından sonra Azərbaycan Ordusu bu əməliyyatı keçirmir.
Qeyd edək ki, həmin hadisə zamanı vertolyotda əksəriyyəti qadın və uşaq olan 40-dan çox sərnişin və 3 ekipaj üzvü həlak olmuşdu. Həmin eksklüziv kadrların müəllifi ANS-in reportyoru Vahid Mustafa yev idi.

Bu gün bu faciəvi hadisədən 32 il keçir .
Allah bütün Azərbaycan Qurbanları və Şəhidlərimizə Rəhmət Eləsin!
Allah bütün Azərbaycan Qurbanları və Şəhidlərimizə Rəhmət Eləsin!