
15:30
Tacikistanın Rəşt vilayətinin kəndlərindən birində yerli vaxtla saat 09:24-də respublika ərazisində baş verən zəlzələ nəticəsində üç yaşlı uşaq ölüb.
Bu barədə TASS-a respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.
"Rəşt rayonunun kəndlərindən birində yaşayış binasının divarının uçması nəticəsində dağıntılar altından 1 uşaq tapılıb və o, ölüb", - mənbə bildirib. Mərkəzdən bildirilib ki, uşağın üç yaşı var. Zəlzələnin episentri - Rəşt bölgəsində yeraltı təkanların gücü 5 bal, Düşənbədə isə 3 bal olub.
***
11:18
Tacikistanda baş vermiş zəlzələ ölkənin Raşt bölgəsində 17 evə ziyan vurub.
Bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, həlak olan yoxdur.
***
09:25
Tacikistanda 6,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 09:23-də (Bakı vaxtilə saat 08:23) yeraltı təkanların episentri Xucand şəhərindən 170 km cənubda yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.
Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronoz Mərkəzinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,8 bal təşkil edib. Düşənbə şəhərinin mərkəzində bir neçə saniyə ərzində zəif yeraltı təkanlar hiss olunub.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.