Tacikistanda "Crocus City Hall"da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb. Bu barədə “Reuters” Tacikistan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub.
Onların qadağan olunmuş İŞİD-lə əlaqəsi də yoxlanılır. Hər şey Vəhdət şəhərində baş verib. Terrorçu kimi Rusiyada həbs olunan Dalerjon Mirzoyev oradandır, Fəriduni Şəmsidin orada yerli həbsxanada olub.
Xatırladaq ki, son məlumatlara görə, martın 22-də “Crocus”da terror zamanı 143 nəfər ölüb, 382 nəfər yaralanıb.